Lent.az mistika dolu hadisələr seriyasından bu dəfə yol qəzasında yaşanan müəmmanı təqdim edir:
Hadisə 60-cı illərdə İtaliyada baş verib.
Yolda iki avtomobil toqquşur. Qəza zamanı sürücülərin bəxti gətirir - heç biri zədələnmir.
Qəzadan sağ-salamat xilas olmalarını qeyd etmək üçün yaxınlıqdakı kafeyə üz tuturlar. Bir-iki qədəh şərab içdikdən sonra dost olmağı qərarlaşdırırlar. Sürücülərdən biri özünü təqdim edir:
- Mən, Djakomo Feliçe...
Qarşıda oturan sürücü təəccüb içində:
- Mənim də adım, soyadım Djakomo Feliçedir.
Ən maraqlısı isə o idi ki, bu ad və soyadın italyan dilində tərcüməsi “bəxti gətirən” mənasını verir.