Kral III Çarlz bu yeməyi QADAĞAN ETDİ
22 noyabr 2022 19:27 (UTC +04:00)

Kral III Çarlz bu yeməyi QADAĞAN ETDİ

Böyük Britaniya kralı III Çarlz “fua-qra” adlı fransız yeməyindən istifadəni qadağan edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu yemək qaz və ya ördək ciyərindən hazırlanmış fransız yeməyidir. 

Qeyd edək ki, yeməyi hazırlamaq üçün qaz və ördəklərin boğazlarına metal borular taxılır. Borular vasitəsilə hər gün 2 kiloqram taxıl onların mədələrinə vurulur və bu da quşların öldürülməmişdən əvvəl ciyərlərinin şişməsinə səbəb olur.

# 2565
avatar

Arzu Qurbanlı

Oxşar yazılar