Kosmosa ilk dəfə taxtadan peyk  buraxılacaq
14 noyabr 2023 09:35 (UTC +04:00)

Kosmosa ilk dəfə taxtadan peyk buraxılacaq

NASA və yapon alimləri ilk dəfə taxta peyki kosmosa buraxacaq.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 2025-ci ilin yayında NASA və Yaponiyanın JAXA kosmik agentliyi ağacdan hazırlanmış ilk peyki buraxmağı planlaşdırır. Bu innovativ layihə ilə kosmik zibil probleminin həlli ola bilər.

Kioto Universitetinin tədqiqatçıları ağacın kosmosda istifadə üçün ideal olduğunu iddia edərək, bu layihə üzərində fəal işləyirlər:

“Yer üzündə ağacdan istifadə edərkən yanma, çürümə və deformasiya ilə bağlı problemlər var, lakin kosmosda bu problemlər yoxdur. Çünki kosmosda oksigen yoxdur. Ona görə də ağac yanmır və çürüməyə səbəb ola biləcək canlı orqanizmlər yoxdur”.

# 3609
avatar

Arzu Qurbanlı

Oxşar yazılar