Hindistanda koronavirusdan "ölən" bir qadın yandırılan zaman gözlənilmədən oyanıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, insident Hindistanın Mudheyl kəndində baş verib.
Xəstə xəstəxanaya gətirilib. Onun xəstəxanaya girişi sənədləşdirilən zaman 76 yaşlı qadın huşunu itirib. Ailəsi qadının öldüyünü düşünüb və dərhal dəfninə hazırlıq başlayıb.
Hindistan ənənəsinə görə qadının meyiti yandırılmalı idi.
Cəsədi yandırmağa hazırlanarkən qadın birdən gözlərini açıb və ağlayıb.
Qohumları dərhal qadını xəstəxanaya qaytarıblar. Onun vəziyyəti barədə heç bir əlavə məlumat verilmir.