İnstaqramda yenilik olub.
Lent.az xəbər verir ki, bu barədə instaqram məlumat verib.
Bundan sonra platforma smartfon kameralarının çoxu üçün nativ olan 3:4 tərəf nisbətində fotoları dəstəkləyəcək..
"Artıq, 3:4 nisbətində foto yüklədikdə, o, məhz çəkildiyi kimi göstəriləcək. Bu, həm tək fotolar, həm də karusellər üçün keçərlidir”,-deyə instaqramın rəsmi açıqlamasında bildirilir.
Çox istifadəçilər üçün bu yenilik böyük fərq etməsə də, vizual kontent üzərində diqqətlə işləyənlər üçün bu vacib dəyişiklik fotoların keyfiyyətini artırır.
Bundan əlavə, İnstaqram qeyd edir ki, hələ də 1:1 (kvadrat) və 4:5 nisbətində fotolar paylaşmaq mümkündür. Ancaq 3:4 formatının əlavə edilməsi yaradıcılıq və kontent üçün uyğun format seçimi imkanlarını genişləndirir.
Son illərdə İnstaqram vurğulamağa çalışır ki, platforma artıq yalnız fotoşəkillər üçün nəzərdə tutulmayıb. Əsas diqqət videolar və mesajlaşma funksiyalarına yönəlib. Son bir ildə istifadəçilərin lentindəki kontentin 50%-dən çoxunu alqoritmlərlə tövsiyə olunan “Reels” təşkil edir.
“Reels” istifadəçiləri tətbiqdə daha uzun müddət saxlayır, messencerlərdə isə qarşılıqlı əlaqələr artır. Buna görə də statik fotolar artıq İnstaqraın əsas diqqətində deyil.
Lakin fotolar dostlar arasında ünsiyyət üçün hələ də vacib formatdır və bir çox istifadəçi fotolar paylaşmağa davam edir.
Ancaq əgər məqsəd maksimum əhatə dairəsi əldə etməkdirsə (bu, brendlər üçün çox vacibdir), üstünlük video formatlara verilməlidir.
Nəticə etibarilə, 3:4 format dəstəyi Instagram strategiyanız üçün gələcəkdə daha bir alət və imkan yaradır.