İnsanın  xarakteri ilə qidalanması   arasında əlaqə tapıldı
23 noyabr 2023 16:49 (UTC +04:00)

İnsanın xarakteri ilə qidalanması arasında əlaqə tapıldı

Alimlər insanların xarakterləri ilə qidalanmaları arasında əlaqə aşkar ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Sürix Universitetinin mütəxəssisləri qidalanmanın insan şəxsiyyətinə təsiri ilə bağlı əvvəlki 17 elmi məqalənin meta-analizini aparıblar.

Elm adamları, kimin vegetarian olma ehtimalının daha yüksək olduğunu və hansı xarakter xüsusiyyətlərinin insanları veqanizmi seçməsinə və ya ət pəhrizinə üstünlük verdiyini araşdırıblar.

Tədqiqatçılar iştirakçıların açıqlıq, razılıq, nevrotiklik, vicdanlılıq və ekstraversiya səviyyələrini qiymətləndirməyə kömək edən “Böyük beşlik” anketindən istifadə ediblər. 

Tədqiqatlar göstərir ki, vegeterianlar daha açıq fikirli insanlardır. Onların digər xüsusiyyətləri çeviklik və elastiklikdir.

Ət yeyənlər daha çox inadkar və qapalı, həm də çox vaxt daha aqressiv olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5006

Oxşar yazılar