İlon Maskın oğlu cinsiyyətini dəyişir: Atasından imtina...
21 iyun 2022 11:21 (UTC +04:00)

İlon Maskın oğlu cinsiyyətini dəyişir: Atasından imtina...

Dünyanın ən varlı adamı İlon Maskın oğlu cinsiyyətini dəyişməyə qərar verib. 

Lent.az  xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. 

Məlumata görə, Maskın ilk evliliyindən olan oğlu Xavier Mask 18 yaşından sonra aprel ayında cinsiyyətini dəyişmək üçün rəsmi müraciət edib. 

Özünü qadın kimi hiss etdiyini bildirən Xavier, bundan sonra Vivian Jenna Vilson adından istifadə edəcəyini də deyib. 

Bununla yanaşı, o,  atası ilə bütün əlaqələrini kəsməyi də düşünür. Xavier Mask milyarderin soyadından imtina edərək anasının soyadına keçməyi planlaşdırır:

“Mən uzun müddətdir ki, bioloji atamla yaşamıram və onunla heç bir əlaqəmin olmasını da istəmirəm”, -  o bildirib. 

Qeyd edək ki, bir neçə il əvvəl Hollivud ulduzları Bred Pitt və Ancelina Coli cütlüyünün qızı da cinsiyyətini dəyişmişdi.  


 

# 3189
avatar

Sevinc Fərid

Oxşar yazılar