"Hind peyğəmbəri"nin proqnozları özünü doğrultmağa başladı - O nə demişdi?
15 aprel 2024 15:29 (UTC +04:00)

"Hind peyğəmbəri"nin proqnozları özünü doğrultmağa başladı - O nə demişdi?

Hindistanlı astroloq Abiqya Anand ötən ilin sonunda bir sıra təbii fəlakətlər barədə xəbərdarlıq edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya və Tayvanda baş verən son zəlzələlər onun proqnozlarını təsdiqləyir.

Hindistanlı astroloq Abiqya Anand 2024-cü il üçün nə proqnozlaşdırdı?

Keçən ilin dekabrında Anand güclü zəlzələlərin olacağı barədə xəbərdarlıq etmişdi: "Çox güman ki, bu, 2024-cü ilin aprelindən əvvəl, yəni yaxın 4-5 ay ərzində baş verəcək”, - deyə proqnozlaşdırıcı bildirib.

Onun sözlərinə görə, çətin dövr 2024-cü ilin may ayına kimi başa çatacaq: "Düşünmürəm ki, apreldən sonra hər hansı fəlakət baş versin”, - astroloq qeyd edib.

O, həmçinin 2024-2025-ci illərdə qlobal suyun çirklənməsini proqnozlaşdırıb.

# 35799
avatar

Fidan İlqar

Oxşar yazılar