Həyatınızı idarə etməyin 13 ƏSAS ŞƏRTİ
10 may 2021 23:17 (UTC +04:00)

Həyatınızı idarə etməyin 13 ƏSAS ŞƏRTİ

Öz həyatının sahibi olmaq yaxud bu həyatda kölə kimi yaşamaq insanın öz seçimidir

İnsan ona bəxş olunan həyatı necə yaşamalıdır? Öz həyatını hər zaman özü idarə etməlidir ya həyatı boyu digər insanlardan asılı olmalıdır? Hər hansı bir şəxsin fikrindən və əhval ruhiyyəsindən asılı olaraq həyatına davam etmək hər bir insanın öz seçimidir.

Psixoloq Fuad Əsədov Lent.az-a açıqlamasında 13 əsas şərti təqdim edib.

Onları diqqətinizə çatdırırıq.

1. Başqalarının sizi narahat edən xüsusiyyətlərini açıq və aydın şəkildə deyin.

2. Problemə deyil, problemin həllinə fokuslanın.

3. İnsanların davranışlarını pisə yozmayın.

4. Birinə "yox" deyərkən, mədəni amma qərarlı olun.

5. Özünüzə zaman ayırın. Diqqət edin, "özünüzə" deyirəm. Söhbət sizdən gedir. İşinizdən ya da təhsilinizdən getmir.

6. Etmək istəmədiyiniz şeyləri mütləq bir şəkildə rədd edin. Amma bunu edərkən mədəni olun.

7. Sevdiyiniz işlərlə məşğul olun.

8. Başqalarının sizin həyatınıza çox müdaxilə etməməsi üçün bir sərhəd qoyun.

9. Başqaları ilə bir şey edərkən, onlara uyğunlaşmaq yerinə, hər kəs üçün ortaq olan nöqtəni tapın.

10. Kiməsə kömək edərkən, edə biləcəyinizdən daha çox yük götürməyin.

11. Sizinlə eyni məqamda olan insanlardan kömək istəməyi bacarın.

12. Başqalarını kontrol edə bilməyəcəyinizi xatırlayın. Sadəcə, onlardan nə etmələrini istədiyinizi deyə bilərsiniz.

13. Öz fikirlərinizi bölüşməkdən çəkinməyin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2667
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar