Fironlar niyə bacıları, yaxud qızları ilə evlənirdi? – SİRR AÇILDI
21 yanvar 2021 13:13 (UTC +04:00)

Fironlar niyə bacıları, yaxud qızları ilə evlənirdi? – SİRR AÇILDI

Qədim Misirdə doğmaları ilə nikaha girmək normal sayılırdı. Əsas etibarı ilə sivilizasiyanın hökmdarları öz bacıları, yaxud qızları ilə evlənirdilər. Bu barədə çoxsaylı araşdırmalar aparılsa da, tam çözüm açılmayıb. 

Lent.az Rusiya KİV-ə istinadən qədim misirlilərin, daha doğrusu, hakimiyyət başında olan zümrənin qəribə qanunlarının sirrini açmağa çalışacaq. 

Misirdə taxt-tac fironun böyük qızının oğlu və ya fironun qızının həyat yoldaşı tərəfindən miras alına bilərdi.

Qədim Misir elitasında söz sahibi daha çox ana şəcərəsi idi. Çünki misirlilərə görə, uşağın mənşəyi yalnız onu dünyaya gətirən ananın tərəfindən etibarlı şəkildə sübut edilə bilər. Bu səbəbdən də əmlak ana xətti ilə miras qalırdı. 

Fironun ölümündən sonra oğlu bacısı ilə evlənməli idi. Bununla taxta keçən yeni hakimin  tam olaraq firon qanından olması təmin edilirdi. Ola bilər ki, fironun oğlunun evləndiyi qız atasının başqa arvadından olan qızı olsun. Hökmdarın hərəmində arvad sayı çox olsa da, Ana Kraliça yeganə idi. 

Yeri gəlmişkən, qeyd edək ki, yaxın qohumlarla evlilik nəslin genetikasına çox ciddi zərbə idi. Nəslin nümayəndələrində bu nikahın fəsadları özünü büruzə verirdi. Məsələn, Tutanxamun irsi bir sümük xəstəliyindən əziyyət çəkirdi və ömrünün sonunadək normal hərəkət edə bilmədi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21030
avatar

Rəsul SARI

Oxşar yazılar