Ərik ağacı qışın ortasında çiçək açaraq bar verib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Adana bölgəsinin Kozan rayonunda havaların mövsüm normalarından artıq isti keçməsi səbəbindən ərik ağacı meyvə verib.
Bağ sahibi Mehmet Gültəkin bildirib ki, ərik ağacı bu mövsüm çiçək açıb bar versə də, normalda mayın sonunda çiçək açır, iyunda isə meyvə verir:
“Bu meyvə yetişsə də, tam günəşi səmərəli qəbul etmədiyi üçün ləzzəti yoxdur”.