Dünyanın  ən uzun adını   daşıyır
24 aprel 2024 16:44 (UTC +04:00)

Dünyanın ən uzun adını daşıyır

Yeni Zelandiyada əsl adı Laurence Gregori Uatkins olan bir adam çox məşhurdur.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, 1990-cı ilin yazında adını dəyişmək üçün ərizə verdikdən sonra məşhurlaşıb.

Çünki bu kişi rəsmi adının 2300 sözdən ibarət olmasını istəyirdi. Ən maraqlısı odur ki, Yeni Zelandiya Ədliyyə Nazirliyi vətəndaşdan imtina etməyib və yeni adın rəsmi qeydiyyatını həyata keçirib.

İndi Yeni Zelandiya vətəndaşının təxminən 2300 adı var. İlk on  beş ad bunlardır: Laurens, Alon, Aloys, Aloysius, Alphece, Alun, Alured, Alvyn, Alisandir, Hannibal, Sherry, Napoleon, Narcissus və Sherlock, Ambidir.

Yeni Zelandiyalı vurğulayıb ki, onun və ailəsi üçün vacib olan bütün adları öz adında cəmləyib.

2300 adın pasporta necə daxil edildiyi məlum deyil. Sənəddə bütün bu sözlər üçün kifayət qədər yer yoxdur. Maraqlıdır ki, qohumları və dostları bu adamı Lourens Uotkins adlandırmağa davam edirlər.
Amma hər halda Yeni Zelandiyalı ən uzun adın sahibi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4329
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar