Dünyanın ən stresli   hava limanlarının adları AÇIQLANDI
19 noyabr 2022 09:09 (UTC +04:00)

Dünyanın ən stresli hava limanlarının adları AÇIQLANDI

Dünyanın ən stressli, sərnişinlərin daha çox şikayətçi olduğu hava limanlarının siyahısı açıqlanıb. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünyada stressin yüksək olduğu hava limanları arasında İngiltərə, Yunanıstan və Fransa kimi ölkələrin adları var.

Reytinqdə lider Böyük Britaniyanın "Mançester" hava limanı olub. İnternetdə bura ilə bağlı məlumatların təxminən  82,5 faizi mənfi rəylərdir. Hava limanından istifadə edən sərnişinlər əsasən sıxlıqdan, uzun növbə sıralarından və xidmətin qeyri-kafi olmasından şikayətçidirlər.

İkinci yüksək stress səviyyəsi isə Yunanıstanın tərkibindəki Krit adasında yerləşən “Heraklion” hava limanında qeydə alınıb. 

Üçüncü yeri "London Stansted" hava limanı tutub. Sonrakı yerləri Kanadanın "Toronto" və  Fransanın "Bordo" aeroportları bölüşür. İlk onluğa həmçinin Britaniyanın digər hava limanları - "Luton" (London) və "Bristol", o cümlədən Almaniyanın "Berlin", "Brüssel" aeroportları daxildir.

Maraqlısı odur ki, sərnişin axınının ən çox olduğu 20 hava limanından heç biri stressli aeroportlar arasında yer almayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3351
avatar

Sevinc Fərid

Oxşar yazılar