Dünyanın ən böyük aysberqi meydana gəldi
21 may 2021 09:34 (UTC +04:00)

Dünyanın ən böyük aysberqi meydana gəldi

Avropa Kosmos Agentliyi Antartikadakı Ueddel (Weddell) dənizindəki buz kütləsindən nəhəng bir buz dağının ayrıldığını və onun dünyanın ən böyük aysberqi olduğunu bildirib.  

Lent.az TRT-yə istinadən bildirir ki, A-76 adlı nəhəng aysberq təxminən 4320 kvadrat kilometrlik səth sahəsinə malikdir, uzunluğu 175, eni 25 kilometrdir.

  Ronne buz sahəsindən ayrılan A-76 birinci İngiltərə Antarktika Araşdırma Mərkəzi tərəfindən təsbit edilib. Eyni zamanda, “Copernicus Sentinel-1”in qütb orbitində dönən iki peyki vasitəsilə çəkilib.

  Amerika Birləşmiş Ştatları Dövlət Aysberq Mərkəzi “Copernicus Sentinel-1”dən alınan görüntüləri əsas götürərək bu aysberqin varlığı və nəhəngliyini təsdiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824

Oxşar yazılar