Dövlət sirrini faş edən krossvord: Cavablarda “yatan” gizlinlər...  
08 fevral 2021 19:22 (UTC +04:00)

Dövlət sirrini faş edən krossvord: Cavablarda “yatan” gizlinlər...  

İkinci Cahan müharibəsinin sonu idi. Müttəfiqlər Normandiyaya ordu çıxarıb artıq gücdən düşmüş Almaniyaya hücum əməliyyatlarına başlamışdı.

Belə bir vaxtda Britaniyanın “Deyli Teleqraf” qəzetində sıradan bir krossvord dərc edilmişdi.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, sonradan bəlli olur ki, sözügedən krossvord heç də sıradan biri deyilmiş... 

Krossvordda olan sualların cavabı müvafiq olaraq “Neptun”, “Yuta”, “Omaxa” və “Yupiter” adlanırdı. Bütün gizlinlər də elə bu cavablarda idi...

İngilis hökumət orqanı bunu görüb dəhşətə gəlir. Çünki bu adlar Almaniyaya qarşı həyata keçiriləcək hərbi əməliyyatların gizli kod adları idi. 

Dövlət dərhal bu məsələni araşdırmaq, böyük həyati önəmli əməliyyatların adlarının bu krossvorda necə düşüyünü aydınlaşdırmaq üçün hərəkətə keçir. 

Qəzetlə əlaqə saxlanılır. Krossvordun müəllifi sorğuya çağırılır. Məlum olur ki, müəllif hərblə və dövlətlə elə də əlaqəsi olmayan qoca bir məktəb müəllimidir. 

Xüsusi xidmət orqanı həqiqətən də hər şeyi araşdırır və son nəticədə 100 faiz əmin olur ki, qocaya bu sirli məlumatlar heç yerdən ötürülməyib. Sadəcə, krossvord hazırlanarkən bu sözlərdən istifadə edilib. 

Bəs 100 faizlik təsadüf necə baş verə bilərdi? Təkrar araşdırma aparılır. Yenə də sübut olunur ki, cavablar sadəcə, təsadüfən bu qaydada sıralanıb. Qocaman müəllim doğrudan da krossvordu tərtib edərkən heç kimdən tapşırıq almamışdı və heç kimə məlumat ötürməmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4986
avatar

Rəsul SARI

Oxşar yazılar