Dolanışığı çəkdiyi şəkillərdən çıxan Adolf Hitlerin ƏSƏRLƏRİ
10 fevral 2021 10:13 (UTC +04:00)

Dolanışığı çəkdiyi şəkillərdən çıxan Adolf Hitlerin ƏSƏRLƏRİ

Bəşər tarixində əksər liderlər, dövlət başçıları digər bacarıqları ilə də seçilib. Onlar yalnız mahir siyasətçi kimi deyil, eyni zamanda fitri istedada malik şəxslər kimi də özlərini tanıtmışlar.

Lent.az-ın haqqında bəhs edəcəyi məşhur dövlət başçısının istedadı hər kəsi təəccübləndirəcək.

Söhbət əlbəttə ki, qəddar diktatordan deyil, rəssam Adolf Hitlerdən gedəcək.

Onun çəkdiyi rəsm əsərlərinə tamaşa etdikcə, müəllifin sanki son dərəcə alicənab, insanlığın ən ali pilləsində yer alan kəslərdən biri olduğunu düşünürsən. Ağlına belə gətirə bilmərsən ki, bu əsərlər nasist təfəkkürlü, şovinist bir şəxsin fırçasından ərsəyə gəlib. 

Belə bir fakt da var ki, Hitler Alman Fəhlə Partiyasına üzv olarkən qeydiyyat formasının peşə xanasına “rəssam” yazmışdı. Hitler hətta siyasi mübarizəyə qoşulmamışdan əvvəl əsərlərini sataraq dolanışığını təmin edirdi.  

Qeyd edək ki, onun çəkdiyi rəsm əsərləri hazırda Rusiya Dövlət Arxivi, Berlindəki Alman Dövlət Arxivi, və Vaşinqtondakı Hərbi Tarix Muzeyində saxlanılmaqdadır.

Nə qədər inandırıcı olmasa da, təqdim edəcəyimiz rəsm əsərlərinin müəllifi tarixin qəddar şəxslərindən biri Adolf Hitlerdi...

 

Hitlerin rəssamlıq fəaliyyəti və çəkdiyi tablolar - FOTOLARHitlerin rəssamlıq fəaliyyəti və çəkdiyi tablolar - FOTOLARHitlerin rəssamlıq fəaliyyəti və çəkdiyi tablolar - FOTOLARHitlerin rəssamlıq fəaliyyəti və çəkdiyi tablolar - FOTOLARHitlerin rəssamlıq fəaliyyəti və çəkdiyi tablolar - FOTOLARHitlerin rəssamlıq fəaliyyəti və çəkdiyi tablolar - FOTOLAR


 

 

# 5538
avatar

Rəsul SARI

Oxşar yazılar