DNT testi etdi və nənəsi haqqında qorxunc  MƏLUMAT TAPDI
26 may 2023 19:50 (UTC +04:00)

DNT testi etdi və nənəsi haqqında qorxunc MƏLUMAT TAPDI

Övladlığa götürülən kişi bioloji ailəsini öyrənmək üçün DNT testindən keçmək qərarına gəlib, amma bunun əvəzinə nənəsi haqqında ürpərdici məlumatlar öyrənib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 1999-cu ildə övladlığa götürülmüş hekayənin müəllifi sadəcə valideynləri, hər hansı qardaş və ya bacısı haqqında məlumat öyrənmək istəyib. Lakin test nəticələri onu bu qərarına peşman edib.

O, bioloji ana tərəfdən babasının nənəsindən 70-ci illərin sonu 80-ci illərin əvvəllərində boşandığını öyrənib. Onun anası babasının əvvəlki nikahdan olan qızıdır.

Az sonra üç övladı olan qadınla evlənib. Lakin o zaman hekayə müəllifinin babası onu bundan sonra hansı dəhşətin gözlədiyini bilməyib.

“O, kiçik oğlunu yuxuda boğub. Bir il sonra böyük qardaşına qarşı da belə edib. O, hər iki oğlunu öldürməkdə və böyük uşağı, səkkiz yaşlı qızını çəlləyə ataraq öldürməyə cəhddə təqsirli bilinib. Qız sağ qalıb və mühafizəyə götürülüb”, - şoka düşən kişi bildirib.

Sonradan öyrənib ki, ögey nənəsi indi şərti azadlığa buraxılmamaqla ömürlük həbs cəzası çəkir. O, iki kitabın və real cinayətləri haqqında sənədli filmin mövzusu olub.

Qadının cinayətlərinin daha ətraflı araşdırılması nəticəsində məlum olub ki, o, öldürülməzdən bir müddət əvvəl uşaqlar üçün həyat sığortası alıb. Kişi bu qadınla birbaşa qohumu olmasa da, pula görə öz anasının əli ilə ölən ögey dayılarına təəssüflənir.

# 3483
avatar

Fidan İlqar

Oxşar yazılar