Bu ölkədə fermerlər heyvanları pulsuz paylayır
24 noyabr 2023 10:48 (UTC +04:00)

Bu ölkədə fermerlər heyvanları pulsuz paylayır

Avstraliya dünyanın ən böyük quzu əti istehsalçısı və ixracatçısıdır. 2020-2022-ci illərdə hava şəraiti heyvandarlığın inkişafı üçün əlverişli olub. Burada fermerlər qoyunları pulsuz paylayırlar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bunun səbəbi ölkədə qoyun sayının həddindən artıq artmasıdır. Məhz bununla əlaqədar olaraq son bir ildə quzu ətinin qiyməti 75 faiz ucuzlaşıb, bəzi yerlərdə ətin 1 kiloqramının qiyməti 1 dollardan bir qədər çoxdur.

Müstəqil Avstraliya heyvandarlıq sənayesi tənzimləyicisi Ət və Heyvandarlıq Avstraliya (MLA), ölkənin qoyunların 2020-ci ildən bəri 23% artdığını və hazırda 78,7 milyonu keçdiyini təxmin edir ki, bu da 2007-ci ildən bəri ən yüksək səviyyədir.

# 4662
avatar

Arzu Qurbanlı

Oxşar yazılar