İngiltərə hakimiyyəti avtomobillərini benzin və dizel mühərrikləri ilə istifadə etməyi rədd etdikləri təqdirdə, avtomobil sahiblərinə 3 min funta qədər pul ödəyəcək.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hökumət britaniyalıları ətraf mühiti bu qədər çirkləndirməyəcək vasitələrə keçməyə təşviq etmək istəyir. Ödənişlər böyük şəhərlərin avtomobillərdən asılılığını azaltmaq üçün yeni bir proqram çərçivəsində planlaşdırılır. Bu, yollarda tıxacın azalmasına və havanın keyfiyyətinin yaxşılaşdırılmasına səbəb olmalıdır.
Avtomobil sahiblərinə iki il ərzində öz nəqliyyat vasitələrindən imtina etməmələri təklif ediləcək. Bunun müqabilində kartlarına köçürüləcək pul, ictimai nəqliyyat, taksilər, avtomobil paylaşma, velosiped kirayəsi, elektrikli skuterlərin ödənişinə sərf edilə bilər. Səlahiyyətli şəxslər özəl biznesin təşəbbüsə tədricən qoşulacağını gözləyirlər.