Yalçın Rzazadənin məzar daşı 1 il sonra hazırlandı - VİDEO
01 mart 2022 11:22 (UTC +04:00)

Yalçın Rzazadənin məzar daşı 1 il sonra hazırlandı - VİDEO

Mərhum Xalq artisti Yalçın Rzazadənin Lənkəran rayonu, Liman şəhər qəbiristanlığında məzar daşı hazırlanıb.

Lent.az-ın məlumatına görə, müğənninin məzarında çəkilmiş yeni video sosial şəbəkədə paylaşılıb. 

Xatırladaq ki, Y.Rzazadənin məzar daşının hazırlanmaması müzakirələrə səbəb olmuşdu. Müğənni Roza Zərgərli müğənnilərə müraciət edərək bildirmişdi ki, məzar daşı hazırlanması üçün pul yığmaq lazımdı. Mərhumun oğlu Mətin Rzazadə isə buna ehtiyaclarının olmadığını demişdi. 

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də 74 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3120
avatar

Yalçın UĞUR

Oxşar yazılar