Zarinadan yenilik...
18 iyul 2013 11:17 (UTC +04:00)

Zarinadan yenilik...

Müğənni Zarina Məmmədova yeni layihələr üzərində çalışır. O, albom hazırlayır. İfaçının mətbuat katibinin Lent. az-a verdiyi məlumata görə, 10 mahnıdan ibarət olacaq albom “Həyat səhnə”dir adlanacaq.

Albomda Pərviz Mahmudov, Aynur Adilqızı, Hakan Erol, Hacı Nazim, Rəhim Rəhimlinin bəstələdiyi mahnılarla yanaşı, bəzi mahnılarının remix-si də yer alacaq. Bununla yanaşı, albomda daha bir disk olacaq. Diskə Zarinanın bu günə qədər çəkdirdiyi kliplər daxil ediləcək.

Zarina albom üçün xüsusi fotosessiya da hazırlayır. İşlər başa çatandan sonra ifaçı yaxın dostları və media nümayəndələri üçün bir məclis də düzənləyəcək.

 

 

# 1178

Oxşar yazılar