Müğənni Zamiq Hüseynov pərəstişkarları ilə görüş keçirəcək. Lent.az-ın məlumatına görə, görüş sabah saat 17:30 - da baş tutacaq.
Müğənni pərəstişkarları ilə görüşə hazırlaşdığından danışıb: "Fanat sözündən xoşum gəlmir. Onları dostlarım adlandırıram. Mənimlə görüşmək istəyirdilər. İşlər çox olduğundan görüş baş tutmurdu. Şükür, vaxt tapa bildim. Səmimi deyirəm, onlar üçün darıxmışam."