Space telekanalının efirində yeni serial yayımlanacaq. Lent.az-ın məlumatına görə, 3 məşhur sima, 3 aktrisa, 3 aparıcı - əməkdar artist Dilarə Əliyeva, əməkdar artist Tünzalə Əliyeva və aktrisa Ülviyyə Əliyevanın rol aldığı “Üç bacı” serialı komediya janrındadır.
Serialda kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur. “Üç bacı”dan başqa serialda məşhur simalar, aparıcı Mirsalam Mirsalamov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə, Azər Baxşəliyev, Əsəd İsmayılov, Almaz Mustafayev, xalq artisti Cəfər Namiq Kamal, aktrisa Zemfira Əbdülsəmədova və türkiyəli vətəndaş Hakan Ərsan rol alıb.
Serialın ssenari müəllifi, “Yalan-Doğru” verilişinin aparıcısı kimi tanıdığınız Vüqar Hüseynovdur. Qeyd edək ki, serialda ssenari müəllifi özü də rol alıb.
Serialın quruluşçu rejissoru Səyavuş Hüseynli, baş prodüseri Oqtay Əliyevdir. “SOY production”un layihəsi olan serialın quruluşçu operatoru Güney Azərbaycandan olan Aydin Şirinsifət, quruluşçu rəssamı Emil Mirzəyevdir. Serialın təqdimatı üçün hazırlanan fotosessiya isə məşhur fotoqraf Zaur Zamanın əl işidir.
“Üç bacı” noyabrda Space-in efirində olacaq.
Jalə

Yeni serial gəlir –
Oxşar yazılar

Natali Portman uşaqlıqdan yediyi salatın adını AÇIQLADI: gənc qalmasının sirri
27 iyul 2025 , 14:10
Ancelina Coli və Conni Depp arasında gizli sevgi yaranıb - İDDİA
27 iyul 2025 , 11:59
Serdar Ortaç qumarda nə qədər pul uduzduğunu AÇIQLADI
27 iyul 2025 , 09:35
Özcan Deniz özündən 22 yaş kiçik həyat yoldaşından DANIŞDI: "Bizdən olmaz dedim"
25 iyul 2025 , 19:46
Meşə yanğınları Bülent Ersoyun villasına yaxınlaşdı - VİDEO
25 iyul 2025 , 19:01
Bred Pitt keçmiş arvadının eşq münasibətinə sevinir: O, xoşbəxt olacaq
25 iyul 2025 , 17:22
Mustafa Sandal illərlə gizli saxladığı xəstəliyini AÇIQLADI
25 iyul 2025 , 13:18