Uqandada mini ətək yasaqlanır
21 dekabr 2013 07:47 (UTC +04:00)

Uqandada mini ətək yasaqlanır

Uqanda parlamenti mini ətəklərin geyinilməsini  yasaqlayan qanun layihəsini təsdiqləyib.

 

Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, prezident imzaladıqdan sonra qanun qüvvəyə minəcək.

 

Mini-ətəklərin geyinilməsinin yasaqlanması ilə yanaşı, bu geyimdə olan qadın videoyazısı və fotolarının yayılması da qadağan edilib. Ölkə televiziyalarından qərb musiqilərinin klip və filmləri də yığışdırılacaq.

 

Bu geyimin yasaqlanması qanun layihəsi pornoqrafiyaya qarşı mübarizənin bir hissəsi sayılır. Qadının sinəsi, açıq ayaqları və başqa yalın hissələri təsvir olunan ədəbi əsər, yaxud göstərilən istənilən film pornoqrafiya hesab olunur. Bundan başqa ehtiras yaradacaq danışıq tərzi, səs, səhnə davranışı da pornoqrafiya sayılacaq.

 

Qanun layihəsinin təşəbbüskarı ölkənin etika naziri Saymon Lokododur. Bu ilin əvvəlində o, bildirmişdi ki, dizdən yuxarı paltar geyinən qadınlar həbs edilməlidir. Parlament üzvləri də ölkədə mənəvi aşınma getdiyindən pornoqrafiyanın kütləvi yayılmasından rahatsız olduqlarını bildiriblər.

 

Bu Şərqi Afrika ölkəsində homoseksuallıq cinayət sayılır. Deputatlar davamlı olaraq, onların edam edilməsi haqda qanun qəbul edilməsi məsələsini gündəliyə gətirir.


 

# 1871
avatar

Oxşar yazılar