Türkmənistan prezidenti Rəqsanəni dilə-dişə saldı
11 yanvar 2014 19:19 (UTC +04:00)

Türkmənistan prezidenti Rəqsanəni dilə-dişə saldı

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın oxuduğu “İnanımmı” mahnısını ifa etməsi sosial şəbəkələrdə və mediada qızğın müzakirələrə səbəb olub.


Müzakirələrə qoşulanlardan kimisi Rəqsanəni ələ salmağa çalışıb, kimisi də türkmən prezidentin ara mahnısına müraciət etməsinə ironiya ilə yanaşıb.

Həmişə həmkarlarını tənqid edən müğənni Əli Mirəliyev isə bir az da qabağa gedərək, “İnanımmı” mahnısının musiqisinin elə türkmənlərə məxsus olduğunu iddia edib.

Bu olayla bağlı hətta telekanallarda da müzakirələr açılıb.

“İnanımmı” mahnısı ətrafında açılan müzakirələr və səslənən tənqidlər mahnının sözlərinin müəllifi, şair-jurnalist Telli Pənahqızının qəzəbinə səbəb olub. Məsələylə bağlı açıqlamasında Telli xanım bildirib:

”Mənə bir məsələ qaranlıq qalıb. Haqqı çatan-çatmayan, poeziyanı, musiqini bilən-bilməyən az qala hər kəs Türkmənistan prezidentinin bir il əvvəl (2013-cü ilin yeni il şənliyində) oxuduğu mahnını qoyub ortalığa fikir söyləyir, onun ilk ifaçısı olmuş Rəqsanəyə nifrətini (?) bilmir necə dilə gətirsin. Ə, biz nə millətik, necə insanlarıq? O mahnının sözlərini mən yazmışam, musiqisini də Hikmət Aslanov! Sözə, musiqiyə, ifaya iradınız varsa, buyurun. Yoxsa, bu nə paxıllıq, bu nə gözgöturməzlik, bu nə rəzalətdir, canım! Ayıbdır, ən azı, ayıbdır, vallah, ayıb...”

Telli Pənahqızı Azərbaycan mahnısının türkmən prezident tərəfindən ifa olunmasını belə qiymətləndirib:

”Bu faktın özü təqdirəlayiqdir ki, bizim mahnımız Xəzərin o tayında bir ölkə başçısının ifa etdiyi mahnılar sırasındadır”. 

modern.az

 

# 3356
avatar

Oxşar yazılar