Türkiyəli sənətçi Azərbaycanda mükafat aldı 
24 dekabr 2013 00:37 (UTC +04:00)

Türkiyəli sənətçi Azərbaycanda mükafat aldı 

Dekabrın 23-də ölkəmizdə   “The First 2013”-ün mükafatlandırma mərasimi keçirilib.

 

Lent.az-ın məlumatına görə,  mərasimdə  Türkiyədən “Kaybolan yıllar” serialında baş rolu oynayan  Saruhan Hunellə yanaşı, əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıx, modelyer  Gülnarə Xəlilova və tanınmış başqa şəxslər iştirak edib.

 

Onlarla yanaşı il ərzində çeşidli sahədə uğur qazanmış şəxslər mükafatlandırılıb.

 

Qeyd edək ki, ötən illərdə  “The First” mükafatının təqdimetmə mərasiminə Türkiyədən şoumen Bəyazıt Öztürk, aktyor Erkan Petekkaya, müğənni Serenay Sarıkaya, Soner Sarıkabadayı, Selami Şahin, Gökçə və başqa məşhur ulduzlar gəlmişdi.

 

Lent.az “The First 2013” mükafatlandırmasından olan şəkilləri təqdim edir.

 

# 1390
avatar

Yalçın UĞUR

Oxşar yazılar