Türkiyə «Avroviziya»ya getmir, yeni layihə «Türkceviziyon»
15 sentyabr 2013 02:10 (UTC +04:00)

Türkiyə «Avroviziya»ya getmir, yeni layihə «Türkceviziyon»

TRT telekanalının baş direktoru İbarhim Şahin xalların verilməsi sistemində yeni qaydalar tətbiq edilməyəcəyi təqdirdə «Avroviziya» mahnı yarışmasına Türkiyənin qatılmayacağını bildirib.

 

 

Lent.az-ın «CNNTürk»-ə istinadən məlumatına görə, o, «Türkceviziyon» festivalı keçiriləcəyini vurğulayıb. Bu ilki tədbirə 21 sənətçinin türk dilində ifa ediləcəyi gözlənilir.

 

«Türkceviziyon» «Avroviziyaya» rəqibmi» olacaq sualını belə cavablandırarkən, bu yarışmada xalların verilməsində ədalətsizliyin olduğunu vurğulayıb.

 

Baş direktor qeyd edib ki, türkcə ancaq Türkiyədə danışılan bir dil olmaqdan çıxıb: «8 dildə yayınlanan TRT Avaz-la Türkiyə türkcəsini bir az da yayğınlaşdırır, həm də onları biri-birinə yaxınlaşdırırıq. Bu yolla 300 milyonluq türk dünyasına xidmət edirik. Bu anlamda türkcəmizi Adriatikdən Çin səddinədək geniş bir coğrafiyaya çatırdacaq bir dərdimiz var».

 

İbrahim Şahin «Avroviziya»nın quruluşunu BMT Təhlükəsizlik Şurasındak 5 daimi üzvlüklə müqayisə edib: «Mücadilə edib yarımfinala yüksəldiyiniz halda onlar birbaşa finalda iştirak edir. Bəzən onların mahnıları sonuncu olur. Bu kimi məsələlərə etirazımız var».
 

# 1117
avatar

Oxşar yazılar