Skripkaçı Səlim rəqqasə Fatiməyə nə hədiyyə etdi?
08 yanvar 2014 13:17 (UTC +04:00)

Skripkaçı Səlim rəqqasə Fatiməyə nə hədiyyə etdi?

Əməkdar artist, skripkaçı Səlim Abbasov və Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fataliyeva yeni işlərini təqdim ediblər. Bu barədə Lent.az-a skripkaçı Səlim məlumat verib: “Xeyli müddətdir üzərində çalışdığım bir kompozisiyanı yekunlaşdırdım. “Lalələr” adlı xalq mahnısını yeni üslubda ifa edib, hazırladım. Bu musiqini hazırladıqdan sonra “biznes ledi”, pedaqoq kimi də tanınan “Göyçək” Fatiməyə hədiyyə etdim. O da bu jesti qəbul edib, kompozisiyaya  çox gözəl bir rəqs nümunəsi hazırladı. Onun qurduğu rəqslər hər zaman xoşuma gəlib. İşbirliyimiz bununla yekunlaşmayacaq. Fatimə ilə növbəti proyektlər barədə düşünürük. 2014-cü ildə hər ikimizdən sürprizlər gözləməyə dəyər”.

# 1915
avatar

Yalçın UĞUR

Oxşar yazılar