Müğənni Samira Allahverdi məşhur “Sıravi Əhməd” mahnısını oxuyub. Lent.az-ın məlumatına görə, musiqisi Emin Sabitoğluna, sözləri Rüfət Əhmədzadəyə aid olan bəstənin aranjiman işi gürcü musiqiçi Giviyə həvalə edilib.
S.Allahverdi bu ifasını əsgərlərə həsr etdiyini bildirib: “İllərin mahnısı olan “Sıravi Əhməd” artıq mənim ifamda da səslənəcək. Bu mahnını çox sevirəm. Yaşasın Vətən uğrunda vuruşan Azərbaycan əsgəri”.
Qeyd edək ki, "Sıravi Əhməd" mahnısını Xədicə Abbasova səsləndirib.