Ruhi hansı məşhurları Bakıya gətirir?
07 yanvar 2014 12:04 (UTC +04:00)

Ruhi hansı məşhurları Bakıya gətirir?

Türkiyənin tanınmış modelyerləri Hakan Akkaya və İvanna Sərt sabah Bakıya gələcəklər. Lent.az-ın məlumatına görə, modelyerlər biznes-ledi Ruhi Əliyevanın təşkil etdiyi “Özünə Bax-2” yarışmasının final gecəsində iştirak edəcəklər.

 

Müəllifi olduğu layihə üçün tanınmışları paytaxtımıza dəvət edən R.Əliyeva bildirib ki, sabah 16 nəfər iştirakçı arasında 1-ci yeri qazanan ən yaraşıqlı, dəbli xanıma Xırdalan şəhərində yerləşən yaşayış kompleksində 1 otaqlı mənzil veriləcək. 2-ci yerin sahibinə qiyməti 20 000 dəyərində olan brilliant və zümrüdlərlə bəzədilmiş zinət əşyası, 3-cü yerin qalibi isə İtaliyaya səyahət edəcək.

 

 

# 2723
avatar

Yalçın UĞUR

Oxşar yazılar