Bu gün “Biznes ledi”, hacı xanım Ruhi Əliyeva mətbuat konfransı keçirib. Lent. az-ın məlumatına görə, konfransda gerçəkləşdirəcəyi layihələrdən söz açan R.Əliyeva bildirib ki, redaktoru Nərgiz Əliyevanın olduğu ”Özünə bax-2” layihəsi sentyabrın 12- dən həftənin üç günü ATV də yayımlanacaq: “Media işçilərinə minnətdarlığımı bildirirəm. Şou-biznesdə bəxtim gətirməsə də, media tərəfdən bəxtim gətirib, yaxşı jurnalist dostlar qazanmışam. Sizi bura dəvət etməyimin əsas səbəbinə gəlincə, bildirim ki, ötən mövsümdə “Özünə bax-1” layihəsinə start verdik. Verilişin ideyası Türkiyədə olanda dostlarımdan gəlmişdi. Onlar dedilər ki, Türkiyədə də belə bir layihə var, moda, dəblə bağlı. Bəlkə sən də Azərbaycanda edəsən? Düşündüm, ideya xoşuma gəldi. Dərhal Azərbaycanda olan dostlara zəng etdim dedim ki, bu layihə üzərində işləsinlər. Onlar da işlədilər. Belə bir iş ərsəyə gətirdik. Bu layihəyə başlayanda hələ övladım olmamışdı. Ana olandan üç, dörd ay sonra, bu verilişin çəkilişlərinə başladıq. Proqram zamanı ən zövqlü geyinən, bəzənən, özünə güvənən xanımları seçirik. Ötən il “Özünə bax-1”in qalib iştirakçısına avtomobil hədiyyə etmişdik. Amma bu il 1-ci yerin qalibinə Bakı şəhərində mənzil, 2-ci yerə komplekt zinət əşyası bağışlanacaq, 3-cü yerin sahibini isə 1 həftəlik xarici ölkəyə səyahətə göndərəcəyik. Layihənin final konsertinə isə Türkiyənin tanınmış aktrisalarını dəvət edəcəyik”.

Oxşar yazılar

Faytonçu Nazim suçiçəyi oldu? - AÇIQLAMA
25 aprel 2025 , 15:21
XXI əsrin ən yaxşı “Avroviziya” mahnıları AÇIQLANDI
24 aprel 2025 , 19:09Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirildi
24 aprel 2025 , 13:39
Didem Soydan iş adamı ilə birlikdə qaçıb Londona getdi
24 aprel 2025 , 11:24
Flora Kərimovanın SƏSİ BATDI
24 aprel 2025 , 07:01
Öz və yalançı adları ilə tanınan MƏŞHURLAR – SİYAHI
23 aprel 2025 , 11:03
Madonnanın karyerasında rekord: Klipi 1 milyard izləndi - VİDEO
21 aprel 2025 , 17:31