Qaçqın məhbus üşüyərək, həbsxanaya dönüb
08 yanvar 2014 04:25 (UTC +04:00)

Qaçqın məhbus üşüyərək, həbsxanaya dönüb

ABŞ-ın Kentukki ştatında islah əmək koloniyasından qaçan məhbus küçədəki soyuğa dözməyərək, həbsxanaya qayıdıb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, oğurluq və hüquq pozuntusu ilə bağlı mühakimə olunan 42 yaşlı Robert Vik ötən həftənin sonunda Leksinqton şəhərindəki həbsxanadan qaçıb. Anaq bir neçə gündən sonra mehmanxanaya gedərək, xidmətçidən polisə zəng edərək, təslim olmaq istədiyini bildirib.

 

 

Şahidlər onun soyuqdan əsdiyini söyləyiblər. Mənbə qeyd edib ki, son günlər bu şəhərdə 20 dərəcəyədək şaxta olur. 

# 1028
avatar

Oxşar yazılar