Prodüser Tolik Sevdanı “yalançı” adlandırdı
13 iyul 2013 14:21 (UTC +04:00)

Prodüser Tolik Sevdanı “yalançı” adlandırdı

 

 

“Sevda Ələkbərzadə deyir ki, mən dünyada cazı tanıtmışam. Bu, yalandır”. Bunu Lent.az-a açıqlamasında prodüser Tolik (Tarix Əliyev) Azərbaycan müğənnilərinin Avropa ölkələrində tanınmaq istəklərindən söz açarkən deyib: “Sevdanın oxuduğu janr Azərbaycan üçün deyil. O, bizdə müəyyən qədər sevilə bilər. Amma dünyada yox. Misal üçün, biz xalq artisti Alim Qasımova dünya şöhrətli müğənni deyirik. Amma onu da dünyada tanımırlar. Müğənnilərimizin dünyada tanınmaları üçün təbliğat vacibdir. O, ki qaldı S. Ələkbərzadəyə, caz musiqi aləmində dünya üzrə 100 müğənni varsa, onun 99-su S. Ələkbərzadə ola bilər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1757

Oxşar yazılar