Nisə Qasımova yenə odlu-alovlu danışdı
25 dekabr 2013 12:04 (UTC +04:00)

Nisə Qasımova yenə odlu-alovlu danışdı

“Bu gün mənim ucuz reklamlara, ucuz təriflərə ehtiyacım yoxdur. Bəzi insanlara olduqlarından artıq verdiyim dəyərlər məni yıxdı”. Lent.az məlumatına görə, bunu ATV-nin “10-lar” verilişində xalq artisti Nisə Qasımova deyib: “Bu gün şou-biznesdə məndən zəif, savadsız, müğənni gündəmdədir. Bu, nəinki məni, hətta ağlı başında olan insanları üzür. Üç ildir ki, sənətdən küsüb, Moskvaya getmişdim. Bu gedişimə sevinənlər, gülənlər də çox oldu. Nədənsə bir çoxları düşündü ki, Nisə tıxsız balıqdır. O, neyniyə bilər ki? Xeyir, mən tıxsız balıq deyiləm. Hələ mənim tıxlarım hazırlanır. Onların istəyi budur ki, bircə bu aləmdə çamura girməyən mənəm, məni də salsınlar çamura”

 

 

N. Qasımova şou-biznesdə “mənəm-mənəm” deyənlərə də öz sözünü deməyi  unutmayıb: “ Hər efirə çıxan zaman “mən-mən” demək olmaz. Adama deyərlər ki, ay qardaş, get evinin dörd divarını güzgüdən et, gör səndən neçə dənədir? Vaxtı ilə Azərbaycanda ilk ən dəb-dəbəli mal-mülk, maşın məndə olub.  Amma mən bunu heç vaxt reklam etməmişəm. Heç vaxt “mənəm-mənəm” deməmişəm. Amma bu gün deyirəm. Məndən və səbrimdən yoxdur”. 

# 1061
avatar

Oxşar yazılar