Nanə işdən çıxarılması xəbərindən danışdı - AÇIQLAMA
08 yanvar 2014 11:15 (UTC +04:00)

Nanə işdən çıxarılması xəbərindən danışdı - AÇIQLAMA

Ötən gün “ATV” telekanalının aparıcısı Nanə Ağamalıyevanın efirə çıxmaması şayiələrə səbəb olub. Lent.az-ın məlumatına görə, yayılan məlumatda aparıcının işlədiyi kanaldan ayrıldığı bildirilir. Deyilənlərin həqiqətə uyğun olub - olmamasını öyrənmək üçün Lent.az-ın əməkdaşı onunla əlaqə saxlayıb. Nanə Ağamalıyeva: “Mən dünən çəkilişdə idim. Türkiyədə maraqlı bir proyekt üzərində çalışırıq. Çox partlayışlı bir layihədir. Məhz həmin layihənin çəkilişinə görə aparıcılıq etdiyim “Gün keçir” verilişinə gəlib çata bilmədim. İşdən çıxmamışam. “İnstagram” səhifəmdə dostlarım da gördülər ki, veriliş efirə gedən zaman mən haradan şəkil paylaşmışam. Narahatçılığa səbəb yoxdur, öz işimdəyəm”.

 

Qeyd edək ki, ötən gün “Gün keçir” də “ATV maqazin” verilişinin redaktoru Günay Firudinqızı aparıcılıq edib.

# 5569
avatar

Yalçın UĞUR

Oxşar yazılar