Türkiyənin tanınmış müğənnisi Hadisə növbəti konsertini gerçəkləşdirib.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, konsertinə Türkiyə bayrağı ilə çıxan ifaçı sevilən mahnılarını oxuyaraq rəqs edib. Hadisə üç mahnı ifa etdikdən sonra həmkarı Murat Bozu səhnəyə dəvət edərək, “Hadi deli oğlan” mahnısını onunla duet oxuyub. İfa zamanı mahnının “Hadi kızı öp bakalım” yerində Murat Boz Hadisəni öpüb. Onun bu addımı isə alqışlara səbəb olub.
Hadisənin konsertinə gəldiyi üçün şad olduğunu bildirən Murad Boz həyəcanlı olduğunu deyib. Gecəyə sevgilisi Aslı Ənvərlə gələn M.Boz onu foto-kameralardan gizli tutmağa çalışıb.