Müğənni Səbinə Babayeva nəyə sevindi?
17 yanvar 2014 18:40 (UTC +04:00)

Müğənni Səbinə Babayeva nəyə sevindi?

Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən müğənni  Səbinə Babayeva mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, ifaçı sözləri Mikayıl Fərruxa, musiqisi Mikayıl Vəkilova məxsus olan “Ey Azərbaycanım” adlı klipini təqdim edib. Tədbirdə ekran işi nümayiş olunduqdan sonra S.Babayeva öz təəssüratlarını bölüşüb: “İlk əvvəl tədbirə gələn qonaqları salamlayıram. Bu günə qədər bir çox mahnılar ifa etmişəm. Amma  vətənpərvər mövzuda lentə aldırdığım bu mahnını uzun illərdir ki, yazdırmaq istəyirdim. Nəhayət istəyimi həyata keçirdikdən sonra, bu mahnıya klip çəkdirmək barədə düşündüm. Hər şey plan üzrə həyata keçirildi. Bu gün də həmin işin bəhrəsini sizlər gördünüz. Məncə fərqli iş ərsəyə gəlib.  Bunun üçün də çox sevincliyəm. Klipdə Azərbaycanın ən gözəl məkanları lentə alınıb. İşlərim bununla bitmir,bir çox yeniliklərim var, zamanla təqdim etməyi düşünürəm ”.

# 1314
avatar

Yalçın UĞUR

Oxşar yazılar