Keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı ilə yenicə ailə quran müğənni Elçin Cəfərov “İlk və son” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Lent.az-ın məlumatına görə, bəstənin sözləri ifaçının həyat yoldaşı Aydan Cəfərovaya, musiqisi özünə məxsusdur. Ekran işinin rejissoru isə Cəlal Kəngərli olub. Klipdə müğənninin həyat yoldaşı Aydan da çəkilib.