Müəyyən qrup insanlara naringi yemək olmaz
14 yanvar 2014 07:19 (UTC +04:00)

Müəyyən qrup insanlara naringi yemək olmaz

Həkimlər çoxsaylı araşdırmadan sonra bəzi insanlara naringi yeməyin əks təsir göstərdiyini müəyyənləşdirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, mədə və on iki barmaq bağırsaq xəstəliyi olan belə adamlar riskli qrupa daxildir. Naringinin tərkibində çoxlu turşu olduğundan bu, həmin xəstəlikdən əziyyət çəkənlərin səhhətinə mənfi təsir göstərir.

 

Araşdırmaya əsasən, qastritdən əziyyət çəkənlər də naringi yeməyi məhdudlaşdırmalıdır.

 

 

Həkimlər uşaqlara da bu sitrus meyvəsini az verməyi məsləhət görür. Onların qənaətincə, bu uşaqların həzm sistemi, qaraciyərin fəaliyyətində və öd yolunda ağırlaşma yarada bilər.

 

Bundan başqa həkimlər tropik meyvələrin qabıqlı yeyilməsini də məsləhət görmür, çünki meyvələrin uzunmüddətli qalması üçün çeşidli kimyəvi maddələrdən istifadə olunur. 

# 1745
avatar

Oxşar yazılar