Kilsədə ibadət edənləri ildırım vurub
29 dekabr 2013 06:45 (UTC +04:00)

Kilsədə ibadət edənləri ildırım vurub

Afrika ölkəsi Malavinin paytaxtı Lilonqvedə kilsəyə gedən azı 8 nəfər ildırım vurmasında həlak olub.

 

Lent.az-ın «Frans pres»-ə istinadən məlumatına görə, ölkə Səhiyyə Nazirliyinin təmsilçisi deyib: «İldırım kilsəni vuranda dindarlar şənbə ibadəti üçün ora toplaşıbmış».

 

Nazirliyin nümayəndəsi bildirib ki, ildırım vuranlardan biri reanimasiyadadır, daha 40 nəfər isə müayinə olunub.

# 948
avatar

Oxşar yazılar