Kanada məhkəməsindən fahişəliyi dəstəkləyən qərar
21 dekabr 2013 07:12 (UTC +04:00)

Kanada məhkəməsindən fahişəliyi dəstəkləyən qərar

Kanada Ali Məhkəməsi fahişəlik məhdudlaşdıran qanunları dayandırıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hakimlər ictimai yerlərdə cinsi xidmətlərin açıq şəkildə təklifinə, fahişəxanaların fəaliyyət göstərməsinin ölkə konstitusiyasına zidd olmadığına birsəslə səs veriblər. Hakimlər bu «qədim peşədən» əldə edilən gəliri də qanuni sayıblar. 
 
Məhkəmə hesab edib ki, bu yöndə məhdudiyyətlərin tətbiqi vətəndaşların haqqının tapdanmasıdır. 
 
Kanadada fahişəlik qanuni fəaliyyət növüdür. Ancaq bir çoxları bu bununla qanunsuz məşğul olur. 
 
Məhkəmə bu sahədə uyğun qanunun hazırlanması üçün parlamentə bir  il möhlət verib. 
 
# 1346
avatar

Oxşar yazılar