İradə İbrahimova: “Türkiyədə bizim müğənniləri...”
13 mart 2013 10:49 (UTC +04:00)

İradə İbrahimova: “Türkiyədə bizim müğənniləri...”

Türkiyədə yaşayan müğənni İradə İbrahimova azərbaycanlı həmkarlarının qardaş ölkədə tanınmaq istəməsini normal sayır. Müğənni Lent.az-a açıqlamasında bildirib ki, yerli sənətçilərimizin Türkiyə şou-biznesinə can atması normaldır: “Türkiyədə müxtəlif  xalqların nümayəndələri yaşayır. Onlarla eyni dili danışırıq və Türkiyədə bizim müğənniləri sevirlər, qəbul edirlər”.

Buna baxmayaraq, sənətçi seçim qarşısında qalsa, özünün Azərbaycan şou-biznesinə üstünlük verəcəyini deyib.

Sənətçi son bir neçə ayda sosial şəbəkədən aktiv istifadə etməyə başladığını da bildirib. O, daha çox İnstagram səhifəsindən istifadə etdiyini söyləyib.

# 3078
avatar

Yalçın UĞUR

Oxşar yazılar