İlhamə: “Şou-biznes mənim əlimin altından gəlib, keçir”
05 fevral 2014 10:56 (UTC +04:00)

İlhamə: “Şou-biznes mənim əlimin altından gəlib, keçir”

0

“Mənim onunla bir balaca savaşım olub. Aramızda kiçik anlaşılmazlıq oldu, keçdi. Amma o, yaxşı oğlandır, gözəl ailə başçısıdır. Öz sözünü deyən musiqiçidir. O, oxuyanda mən yaşayıram”.

Lent.az-ın məlumatına görə, bu sözləri “ATV”-nin “10-lar” verilişində xalq artisti İlhamə Quliyeva Nadir Qafarzadənin ünvanına söyləyib. İ. Quliyevanın bu sözləri onların küsülülüyə son qoyub.

Sonra Nadir Qafarzadə həmin verilişdə titullardan söz açıb: “İlhamə xanım yəqin ki, icazə verər ki, mən şah olum?”

İ. Quliyeva isə onun bu sözlərinə: “  Şah oturub orda (Vasif Məhərrəmlini nəzərdə tutur- red). O titulu ona vermişəm. Sənə isə Nadir şah titulu vermişəm. Mən şou-biznes nümayəndəsi deyiləm, sənətkaram. Kimə titul verirəmsə, o ad ona yaraşır. Şou-biznes hamısı mənim əlimdən gəlib keçir. Sığalı mən çəkirəm. Ürəyimdən nə keçir deyirəm. Nadir də bizim “Nadir Şah”ımızdır. Bu titulu mən verdim ona”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1585

Oxşar yazılar