Fransa prezidentinin qadını hələ xəstəxanada qalacaq
14 yanvar 2014 04:08 (UTC +04:00)

Fransa prezidentinin qadını hələ xəstəxanada qalacaq

Fransa prezidenti Fransua Olandın vətəndaş nikahında olduğu xanımı Valerii Trieveyler yaxın zamanlaradək xəstəxanada qalacaq.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkə prezidenti ilə başqa bir qadın arasında olan sevgi macərası mətbuatda yayıldıqdan sonra o, «emosional şok» yaşayıb və həkimlər onun daha bir müddətə xəstəxanadan qalmasını məsləhət görüb.

 

Mənbə xatırladıb ki, Fransa prezidenti ilə aktrisa Jüle Qay arasındakı məhəbbət romanı haqda məlumat  «Closer» jurnalında yayılmışdı.

 

Olland bu münasibəti inkar etməyib. Bununla belə şəxsi həyatına müdaxiləyə görə jurnalı məhkəmə ilə hədələyib.

 

# 961
avatar

Oxşar yazılar