Flora Kərimova düşdüyü avtomobil qəzasından danışdı - AÇIQLAMA
09 sentyabr 2013 10:55 (UTC +04:00)

Flora Kərimova düşdüyü avtomobil qəzasından danışdı - AÇIQLAMA

Xalq artisti Flora Kərimova ağır avtomobil qəzasına düşüb. Lent. az-ın AzNews.az-a istinadən məlumatına görə, hadisə dünən saat 17-18 radələrində Masazırdan Novxanıya gedən yolda Duz gölünün yaxınlığında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, maşını xalq artistinin rəfiqəsi idarə edib. Qəza o qədər ağır olub ki, F. Kərimovanın qolu qırılıb. Maşın isə istifadəyə yararsız vəziyyətə düşdüyündən hadisə yerindən evakuasiya xidməti vasitəsi ilə aparılıb. 

 

Daha sonra Lent. az-ın əməkdaşı xalq artisti Flora Kərimova ilə əlaqə saxlayıb. O, da bildirib ki, qəza olub  amma qolumun qırılması xəbəri yalandır: “Mən hazırda evdəyəm. Dünəndən bir çox mətbuat işçiləri mənə zəng edir. Mən öz maşınımla olmamışam. Sadəcə tanışımızın  maşını ilə gedirdik, bir də gördüm ki, qarşıdan bir maşın üstümüzə gəlir. Elə həmin anda mən dərhal qızım Zümrüddən yapışdım. Çox şükür, heç bir şey olmadı. Çünki, maşın bizim avtomobilə toxunan kimi, şarlar açıldı. Bildirmək istəyirəm ki, hazırda hər şey öz qaydasındadır. Sadəcə, bu xəbəri şişirdiblər”.

# 1722
avatar

Yalçın UĞUR

Oxşar yazılar