Əməkdar artist Firuzə İbadova ilə 17 illik duet ortağı Cavanşir Məmmədovun ayrılmasının səbəbi məlum olub. Lent.az-a açıqlama verən Firuzə İbadova bildirib ki, illərdir, birlikdə səhnəni paylaşsalar da, artıq solo fəaliyyət göstərmək qərarına gəliblər: “Azərbaycanın ən uzunmüddətli duet ortağı biz idik. Artıq 17 il idi ki, bütün tədbirlərdə, el şənliklərində bir yerdə iştirak edirdik. Fəaliyyətimizi fərdi şəkildə davam etdirməyimizə səbəb odur ki, mən artıq tələbələrimlə məşğul olmaq niyyətindəyəm. Cavanşir müəllimlə qərara aldıq ki, yaradıcılığımızı belə davam etdirək. Birlikdə səhnə fəaliyyətimizi davam etdirməməyimizin başqa səbəbləri yoxdur. Heç bir problem də yaşamamışıq. Biz Cavanşir müəllimlə ən azından dost olmuşuq, duz-çörək kəsmişik”.

Oxşar yazılar

Cennifer Lopez İstanbulda: Məşhurlar konsertə axışdı
6 avqust 2025 , 15:58
Süni intellekt Məhəbbət Kazımova "Laçınım"ı oxutdurdu – VİDEO
6 avqust 2025 , 14:29
Tətil zamanı qəzaya düşən Selami Şahin xəstəxanaya yerləşdirildi
6 avqust 2025 , 12:47
Çimərliklərdə açıq-saçıqlıqları ilə ən çox diqqət çəkən ULDUZLAR
6 avqust 2025 , 10:35
Urfalı bilinən İbrahim Tatlısesin mənşəyi hər kəsi təəccübləndirir
5 avqust 2025 , 13:13
Süni intellekt Aslan Hüseynovu belə canlandırdı – VİDEO
5 avqust 2025 , 12:26
Cennifer Lopezi alış-veriş mərkəzinə BURAXMADILAR
5 avqust 2025 , 10:58