Fərdanın konsertinə kimlər gəldi?
06 sentyabr 2013 10:36 (UTC +04:00)

Fərdanın konsertinə kimlər gəldi?

Ötən gün yumor ustası Fərda Xudaverdiyevin “Yaşıl Teatrda” “Stand up” şousu  olub.  Lent.az-ın məlumatına görə, Nahid Emiloğlunun təşkil etdiyi gecə maraqlı anlarla yadda qalıb. Fərdanın gecəsində müğənnilərdən Emil Bədəlov, Kərim Abbasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əfqan Quliyev, Yaşar Cəlilov, meyxanaçı Namiq Qaraçuxurlu, aktyor Elməddin Cəfərov, teleaparıcı Azər İsmayılov, idmançı Kamil Zeynallı, prodüserlərdən Ataş Hüseyn, Sevinc Hüseynova və stilist Elnur Həsənov da iştirak edib. Fərda 1 saat çıxış etdikdən sonra fasiləyə çıxıb. Yerini müğənni Günay İbrahimliyə verib. O, “De, onun adı nədir?”  mahnısı ilə  Fərdanı yenidən səhnəyə dəvət edib. Yenidən səhnə gələn aktyor gecə saatlarına qədər duzlu, məzəli səhnəciklərini təqdim edib.

 

Öz təəssüratlarını Lent.az-a bölüşən aktyor, bildirib ki, gecəsinə gələn hər kəsə öz dərin minnətdarlığını bildirir.

 

Qeyd edək ki, şounun informasiya dəstəkçisi Lent.az olub.

# 2603
avatar

Yalçın UĞUR

Oxşar yazılar