Əməkdar artist "Qaraçının qəlbi"ni oxudu
24 dekabr 2013 15:18 (UTC +04:00)

Əməkdar artist "Qaraçının qəlbi"ni oxudu

Əməkdar artisti Zaur Əmiraslanov "Qaraçının qəlbi" adlı yeni mahnı oxuyub. Mahnının musiqisi İlham Məsiyevindir.

 

Zaurun Lent.az-a verdiyi məlumata görə, cəmiyyətdə qaraçılar haqqında düzgün fikir hələ də formalaşmayıb: “Bu xalqın qədim tarixi və zəngin mədəniyyəti var. Qədim zamanlarda qaraçı ( üıqan) adını romale xalqına avropalılar verib. Bu xalq dünyaya böyük şəxsiyyətlər bəxş edib. Onların arasında aktyor rəqqas Xoakin Kortes, kinorejissor Toni Qatlif, xeyriyyəçi Tereza və başqaları var. Nikolay Sliçenko başçılıq etdiyi qaraçı teatrı "Romen" dünyada ən məşhurlardan biridir. Özü də ki,  Sliçenkonun həyat yoldaşı və bu teatrın aktrisası Tamilla Ağamirova Bakıda anadan olub və bir çox azərbaycan filmlərində baş rollara çəkilib".

 

 

Müğənninin sözlərinə görə, adıçəkilən layihəyə  qaraçı rəqs qrupu ilə klip çəkiləcək.

# 1230

Oxşar yazılar