Elza Seyidcahan: “Gəlin köçəndən tac qoyuram ”
24 dekabr 2013 11:25 (UTC +04:00)

Elza Seyidcahan: “Gəlin köçəndən tac qoyuram ”

“On altı, on yeddi yaşımdan tac qoyuram. Gəlin köçəndən indiyə kimi də başımda tac var. Amma  heç zaman demərəm ki, bunu birinci mən etmişəm. Çünki belə şeyləri sevmirəm”. Bu sözləri Lent.az-a əməkdar artist Elza Seyidcahan şou-biznesdəki tac qalmaqalına münasibət bildirərkən deyib. İfaçı saysız-hesabsız taclara sahib olduğunu bildirib: “Mən tacı indi-indi taxmıram. Bunu ərə gedəndən,  illərdir taxıram. Paltarıma uyğun gəldiyi halda istifadə etməyi xoşlayıram. Mən hətta uşaqlarımın könlünü açmaq üçün tac taxmışam. Belə ki, onlar balaca olanda, bağçada “qar qız” obrazın yaradanda tac taxmışdım. İndiyə kimi bir çox səhnələrə tacla çıxmışam. Tac mənə yaraşır. Elə bir böyük sənətim var ki,  illər boyu danışaq, uğurlarımı gecə-gündüz sadalasaq yetməz. Bu aləmdə bir çoxları özlərini mənə bənzədir. Fərqli, qeyri-adiliyi bir- iki gün edirlər, üçüncü gün isə onu yerə qoyurlar. Çünki, bu iş onlarlıq deyil”.

# 1030
avatar

Yalçın UĞUR

Oxşar yazılar