Elza oğlunun boşanmasından danışdı
07 yanvar 2014 12:29 (UTC +04:00)

Elza oğlunun boşanmasından danışdı

Əməkdar artist Elza Seyidcahan oğlunun boşanmasından və gələcək taleyindən söz açıb. Müğənni Lent.az-a bildirib ki, oğlunun şəxsi həyatına heç zaman qarışmır: “Oğlumun seçiminə hörmətlə yanaşıram. Hətta boşanmaq istəyəndə də onun şəxsi seçimi ilə baş-başa buraxdım. O da boşandı, bu, normaldır. Hər bir ailədə boşanma ola bilər. Burada nə var ki? Əlbəttə ki, mən istəməzdim ki, oğlum boşansın. Amma olacağa çarə yoxdur. Yenə də Allaha şükür edirəm. Papağımız başımızda, külüngümüz əlimizdə. Bəlkə də bu, yaxşı qərar oldu, sonra gec ola bilərdi. Həyatdır, bilmək olmaz ki, sabah başımıza nə iş gələcək. Bu, bir qismət, alın yazısı, taledir. Atalar olacağa çarə yoxdur deyib. Bütün bunlara baxmayaraq ikinci dəfə evlənəcəyi xanımı seçməyi də öz öhdəsinə buraxmışam. Namizədlər də var, sadəcə, seçim edirik. Toyun vaxtı barəsində hələ nəsə deyə bilmərəm”.

# 3740
avatar

Yalçın UĞUR

Oxşar yazılar